Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik"
Far.Az xəbər saytı

Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik"


Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik.

"Far.Az"un AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə Kaunas şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Litva seçməsinin baş məşqçisi Edqaras Yankauskas yığmamıza qarşı matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycana qarşı keçirdikləri qarşılaşmanı (1:1) dəyərləndirib:

"Stadionda yaxşı atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Onları qələbə ilə sevindirmək istəyirdik. Təəssüf ki, istədiklərinizi meydanda tam icra edə bilmədik. Əlverişli epizodları dəyərləndirə bilmədik. Amma uduzmamaq da önəmlidir.

Qrup liderliyi uğrunda mübarizə aparırıq. Bu baxımdan Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür. Səfər görüşündən əlverişli nəticə ilə ayrılmağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər