Astanada iki medal qazanan Minayə Əkbərova: "Finalda iranlı rəqibimə 12:0 hesabı ilə qalib gəldim"
Far.Az xəbər saytı

Astanada iki medal qazanan Minayə Əkbərova: "Finalda iranlı rəqibimə 12:0 hesabı ilə qalib gəldim"


Qazaxıstanın paytaxtı Astanada təşkil olunan taekvondo üzrə "Altay" çempionatında və "Kazakhstan Open" beynəlxalq turnirində uğurlu çıxış edən Minayə Əkbərova yarışlara uzun müddət ciddi hazırlaşıb.

Taekvondoçu bunu "Report"a açıqlamasında deyib.

46 kq çəki dərəcəsində yarışan idmançı bu nəticələrin onun üçün önəmli olduğunu vurğulayıb:

"Bu yarışlara uzun müddət ciddi hazırlaşmışdım. Astanada əvvəlcə "Altay" çempionatında bürünc medal qazandım. Ardınca "Kazakhstan Open" turnirində daha inamlı çıxış etdim. Qazaxıstan və Türkiyə təmsilçilərini məğlub etdikdən sonra finalda iranlı rəqibim üzərində 12:0 hesablı qələbə qazanaraq qızıl medala sahib oldum. Bu nəticə mənim üçün çox önəmlidir və qarşıdakı yarışlar üçün əlavə motivasiya verdi. Ümid edirəm ki, növbəti yarışlarda da ölkəmizi layiqincə təmsil edəcəyəm".

Qeyd edək ki, Minayə Əkbərova (46 kq) "Kazakhstan Open" beynəlxalq turnirində qızıl, "Altay" çempionatında isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Azərbaycan taekvondoçusu Minayə Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb
"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər