Uitkoff və Kuşner Qətər əmiri ilə Livanda atəşkəsə riayət olunması məsələsini müzakirə ediblər
Far.Az xəbər saytı

Uitkoff və Kuşner Qətər əmiri ilə Livanda atəşkəsə riayət olunması məsələsini müzakirə ediblər


Qətər əmiri Şeyx Təmim bin Həməd Ali Sani Dohada ABŞ-İran danışıqlarının gedişatını və Livanda atəşkəs rejiminin möhkəmləndirilməsi səylərini müzakirə etmək üçün ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşneri qəbul edib.

"Far.Az" xəbər verir ki, bu barədə "The National" nəşri əmirlik hakimiyyətinin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı tərəflər ölkənin birliyinin, suverenliyinin və sabitliyinin qorunub saxlanılması üçün Livanda atəşkəs rejiminin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Qətər əmiri Yaxın Şərqdə uzunmüddətli və hərtərəfli sülhə nail olmaq üçün Dohanın İslamabadla birlikdə memorandum çərçivəsində danışıqlar prosesinə bundan sonra da dəstək vermək sadiqliyini təsdiqləyib.

Uitkoff və Kuşner vasitəçilik səylərinə görə Qətər və Pakistana təşəkkür edib və ABŞ-nin hərtərəfli razılaşma əldə etmək istiqamətində danışıqları və diplomatik səyləri davam etdirməyə sadiq olduğunu təsdiqləyiblər.

Bundan əvvəl iyulun 1-də İran və ABŞ arasında Qətər və Pakistanın vasitəçiliyi ilə dolayı danışıqların başladığı bildirilmişdi. Elə həmin gün İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Qətərin baş naziri ilə İran-ABŞ memorandumunun həyata keçirilməsi barədə danışıb. Bunun ardınca İran, Qətər və Pakistan arasında üçtərəfli görüş baş tutub.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər