Aeroport yolunda avtomobilləri arxadan çəkən qurğu radardır? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə avtomobilləri arxadan çəkən və guya sürət həddinin pozulmasını müəyyən edən cihazlarla bağlı görüntülər yayılıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Far.Az-ə bildirilib ki, görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil. Sözügedən elektron cihaz yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur.
Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır və bu məlumatlar yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir.
Qeyd olunan qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur.
***09:42
"Beton yol" kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni radarlar quraşdırılıb.
Far.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Məlumata görə, yolun müxtəlif hissələrində quraşdırılan yeni radarlar əvvəlkilərdən fərqli olaraq avtomobilləri ön tərəfdən deyil, arxa hissədən qeydə alır.
Bu səbəbdən sürücülər radarları ilk baxışdan görmədikləri üçün ərazidə yüksək sürətlə hərəkət edə bilirlər.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Tullantı sutəmizləyici qurğunun tikinti ərazisinə mediatur təşkil olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib
-
Masazırda bitməyən yol problemi: "Qurumlar deyirlər ki, pul yoxdur"













