Karlos Alkaras bilək zədəsindən sonra psixoloji çətinliklərlə üzləşib
Far.Az xəbər saytı

Karlos Alkaras bilək zədəsindən sonra psixoloji çətinliklərlə üzləşib


İspaniyalı tennisçi Karlos Alkaras bilək zədəsindən sonra psixoloji çətinliklərlə üzləşib.

"Report" "La Repubblica"ya istinadən xəbər verir ki, bu barədə İtaliya Tennis Federasiyasının tibbi komissiyasının rəhbəri Canni Daniele fikirlərini bölüşüb.

O, İspaniya mətbuatında zədənin dəqiq təbiətinin açıqlanmadığını və əvvəlki məşq intensivliyinə qayıtmaqda çətinlik çəkən idmançıda depressiya halının yarandığını diqqətə çatdırıb. Mütəxəssisin sözlərinə görə, yaranan psixoloji zəiflik 7 qat "Böyük Dəbilqə" çempionunun özünəinamını azalda və onun düşüncələrinə mənfi təsir göstərə bilər.

Daha əvvəl COPE nəşri 23 yaşlı tennisçinin zədədən bərpa olunduğunu və 2026-cı il ABŞ Açıq çempionatında iştirak etməyi gözlədiyini xəbər vermişdi.

Qeyd edək ki, dünya reytinqində 2-ci sırada qərarlaşan K.Alkaras aprelin ortalarından bəri zədə səbəbindən sıradan çıxıb. O, avqustun 5-də Sinsinnati turnirində iştirakdan imtina edib.

Oxşar xəbərlər

"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər