Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib
Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.
Far.Az report-a istinadən xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyət, mərhum şairin ailə üzvləri və media mənsubları iştirak ediblər.
Mərasimdə çıxış edənlər Çingiz Əlioğlunun ədəbi və ictimai fəaliyyətinə toxunublar.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov onun yarım əsrlik ədəbi fəaliyyətini ciddi araşdırma mənbəyi olacağını qeyd edib.
Xalq yazıçısı Anar Çingiz Əlioğlu ilə möhkəm dostluq münasibətlərinin olduğunu bildirib. O, Çingiz Əlioğlunun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki adlandırıb.
Yazıçı Seyran Səxavət isə çıxışında Çingiz Əlioğlunun unikal poetik düşüncəyə malik olduğunu ifadə edib.
Yekunda çıxış edən mərhumun oğlu, kinoprodüser və rejissor Orman Əliyev mərasim iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib. O, Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Qalereya
***11:27
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlunun Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.
Şair ilə vida mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.
Daha sonra onun nəşi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, şair ötən gün səhər saatlarında vəfat edib.
Oxşar xəbərlər
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib - YENİLƏNİB
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2













