Azərbaycanın atletləri Qazaxıstanda uğurlu çıxış ediblər
Far.Az xəbər saytı

Azərbaycanın atletləri Qazaxıstanda uğurlu çıxış ediblər


Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan atletika üzrə XXXV Qosanov Memorialına yekun vurulub.

"Far.Az" xəbər verir ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışının ikinci günündə mübarizəyə qoşulan atletlərimiz Yekaterina Sariyeva və Rüstəm Məmmədov uğurlu çıxış ediblər.

Hər iki atletimiz üç təkanla tullanma növündə mükafatçılar sırasına düşüb. Sariyeva 13.47 metr nəticə ilə 2-ci yeri tutub. Rüstəm Məmmədov isə 15.85 metr göstərici ilə bürünc medal qazanıb.

Xatırladaq ki, Memorialın ilk günündə İlahə Quliyeva 400 metr məsafəyə qaçışda gümüş, Cabir Əliyev isə uzunluğa tullanma növündə bürünc medala sahib çıxıb.

Oxşar xəbərlər

İlahə Quliyeva və Cabir Əliyev Qazaxıstanda keçirilən Memorialda medal qazanıblar
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Atletika üzrə Azərbaycan çempionatında ilk mükafatçılar bəlli olub
Üzgüçülük üzrə Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər