Yazıçı Həcc təəssüratlarını bölüşdü: "Şeytana daş atmaq - pisliyə qarşı müqavimətdir"
Baku TV-nin "Amin" verilişinin yeni buraxılışında yazıçı, jurnalist Mirmehdi Ağaoğlu bir müddət əvvəl işıq üzü görən "Həcc gündəliyi" kitabı və Həcc ziyarəti ilə bağlı təəssüratlarını bölüşüb.
O, 56 dərəcəlik rekord istidə insanların bu ağır ibadətə yönəlməsinə səbəb olan daxili hissiyyatdan, ritualların simvolik mənalarından və müasir dünyanın yaşadığı mənəvi böhranlardan bəhs edib.
Ziyarətin tamamilə simvolik ayinlərdən ibarət olduğunu və insanın daxili tərbiyəsinə xidmət etdiyini bildirən yazıçı vurğulayıb ki, şeytanın orada fiziki olaraq mövcud olmadığını bilə-bilə daş atırıq:
"Biz o ayinləri orada simvolik şəkildə həyata keçiririk. O bizə günahdan uzaq durmağı öyrədir. Yəni günah və ya şeytan sənə yaxınlaşanda ona daş atmalısan. Orada pislik sənə yaxınlaşanda ona müqavimət göstərməyi öyrənirik".
Dünyadakı xeyir və şər qarşıdurmasından, dəyərlərin deformasiyasından danışılarkən xüsusilə İkinci Dünya müharibəsindən sonra formalaşan postmodernizm fəlsəfəsinə və insanların yaşadığı mənəvi sarsıntılara da toxunulub. Yazıçı qeyd edib ki, bu cərəyan vahid həqiqətin sarsılması nəticəsində ortaya çıxıb:
"Hətta o dövrdə Auşvitz düşərgəsində qalan yəhudilərdən biri divara yazıb ki, "ay Allah, səndən şikayət edəcəyəm". Dindarlığı ilə seçilən bir xalqın nümayəndəsinin belə bir söz deməsi insanların keçirdiyi şokun dərinliyini göstərir. O dövrdə bəşəriyyət böyük bir sarsıntı içində idi və "Bəs bu müharibələr niyə olur?", "Aclıqdan uşaqlar Auşvitzdə niyə ölürlər?" sualları ətrafında düşünürdü. Bu hadisələr insanların "Allah varmı?" sualını daha kəskin şəkildə gündəmə gətirdi və onları sarsıtdı".
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
-
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
-
"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
-
Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı dövlətçiliyimizin göstəricisidir - RƏY
-
Avqustun ən təhlükəli günləri - Hansı bürclər ehtiyatlı olmalıdır?
-
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib













