Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirib
Far.Az xəbər saytı

Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirib


Ukrayna pilotsuz uçuş aparatı (PUA) ilə Rusiyanın Omsk şəhərindəki ən böyük neft emalı zavodlarından (NEZ) birinə hücum edib.

Bu barədə "Report" Ukrayna mediasına istinadən xəbər verir.

Omsk vilayətinə hücumla bağlı məlumatı qubernator Vitali Xotsenko təsdiqləyib.

"Ukrayna Silahlı Qüvvələri noyabrın 11-də günün ikinci yarısında Omsk vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edib", - o, təfərrüatları açıqlamadan bildirib.

Qubernatorun mətbuat katibi Mina Axverdiyevanın sözlərinə görə, Omsk şəhər aeroportunda təyyarələrin qəbulu və yola salınması dayandırılıb, həmçinin şəhərdə sirenalar işə salınıb, mobil rabitə və mobil internet məhdudlaşdırılıb.

Ukraynanın "Exilenova+" monitorinq kanalının məlumatına görə, Ukrayna ordusunun zərbəsinin hədəfi Rusiyanın ən böyük neft emalı müəssisəsi olan Omsk NEZ olub. İllik gücü 22 milyon ton olan müəssisə "Qazprom neft"ə məxsusdur və Ukrayna sərhədindən 2,5 min km aralıda yerləşir.

Qeyd olunub ki, NEZ-də partlayışlar iki saatdan çox davam edib, zavodda irimiqyaslı yanğın başlayıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
FHN Qəbələ aeroportunda təlim keçirib
Almaniyadan Azərbaycana 18 zubr yola salınıb
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər