İran Əli Xameneinin qisasını almaq üçün Qüdsə hücum edə bilər
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ölkənin mərhum ali rəhbəri Əli Xameneinin qisası alınacaq.
"Report" xəbər verir ki, o bu barədə müsahibəsində bildirib.
"Şəhid imamımızın intiqamı – Qüdsün azad edilməsidir və bunun üçün biz Livanı qoruyub saxlamalıyıq, şüarlarla intiqam almaq olmaz. Bizim düşmənimiz (İsrail) güc dilindən başqa dil başa düşmür və biz onu güclə qarşılamalıyıq", - o bildirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Məsud Pezeşkian və Donald Tramp tərəfindən rəqəmsal şəkildə imzalanıb. Bundan sonra sənədin bəndləri ilə bağlı İsveçrədə danışıqlar aparılsa da, Hörmüz boğazına nəzarət tam razılaşdırılmayıb, çünki tərəflər arasında toqquşmalar baş verib.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













