Sorğu: Vens və Rubio 2028-ci il ABŞ prezidenti seçkilərində əsas potensial namizədlərdir
Far.Az xəbər saytı

Sorğu: Vens və Rubio 2028-ci il ABŞ prezidenti seçkilərində əsas potensial namizədlərdir


Respublikaçılar Cey Di Vens və Marko Rubio, eləcə də demokratlar Con Ossoff və Pit Butticiq 2028-ci ildə ABŞ-də keçiriləcək prezident seçkilərində əsas potensial iddiaçılardır.

"Report"un "Reuters" agentliyinin sorğusuna istinadən verdiyi məlumata görə, Respublikaçılar partiyasının sorğuda iştirak edən tərəfdarlarının təxminən 45 %-i ABŞ-nin dövlət katibi Rubionu prezidentliyə əla namizəd adlandırıb.

Vitse-prezident Cey Di Vens barəsində isə respublikaçıların 43 %-i eyni fikirdədir.

Hələlik heç bir partiya rəsmi olaraq seçki kampaniyasına hazırlığa başlamayıb və 2028-ci il praymerizlərinə bir ildən çox vaxt var. Bu müddət ərzində yeni namizədlər ortaya çıxa, seçicilərin seçimləri isə dəyişə bilər.

Demokratlar arasında sabiq nəqliyyat naziri Pit Butticiq və Corciya ştatından senator Con Ossoff da sorğuda iştirak edən partiya tərəfdarlarının 29 %-i tərəfindən bu cür qiymətləndirilib.

Sorğuda ABŞ-nin 1 705 yetkin sakini, o cümlədən hər iki partiyadan təxminən 500 qeydiyyatdan keçmiş seçici iştirak edib. Sorğu bazar ertəsi başa çatıb. Respublikaçılar və demokratlar üçün xəta payı 5 faiz bəndi təşkil edir.

Gələcək namizədin hazırkı Prezident Donald Trampın siyasi kursundan uzaqlaşmalı, yoxsa onu davam etdirməli olması ilə bağlı respublikaçılar arasında yekdillik yoxdur.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər