Elçin Abdullayev: Azərbaycan Ordusu beynəlxalq sülhə, sabitliyə uzun illərdir töhfə verir
Far.Az xəbər saytı

Elçin Abdullayev: Azərbaycan Ordusu beynəlxalq sülhə, sabitliyə uzun illərdir töhfə verir


Azərbaycan Ordusu beynəlxalq sülhə, sabitliyə uzun illərdir töhfə verir.

"Far.Az" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"ın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun sülhməramlı əməliyyatları Kosova, Əfqanıstan, İraqda, Cənubi Sudanda olub:

"Hazırda Azərbaycan Ordusu Cənubi Sudanda bu missiyanı həyata keçirir. Azərbaycanın bu addımları beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirililib. Bu həm də Azərbaycan Ordusunun nüfuzunun artması, yeni əməkdaşlıq imkanlarının yaranması deməkdir".

General-mayor əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatlar bu gün də davam edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər