Gəncədə ölən azyaşlının ölüm səbəbi AÇIQLANDI
TƏBİB Gəncədə vəfat edən azyaşlı ilə bağlı ilkin tibbi məlumat yayıb.
Far.Az xəbər verir ki, 2024-cü il təvəllüdlü qız uşağı iyunun 30-da saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Məlumata görə, serebral iflic diaqnozu olan azyaşlıya reanimasiya şəraitində zəruri tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala əsasən, uşağın ölümünə törədicisi müəyyən edilməmiş pnevmoniya və ağciyər-ürək çatışmazlığı səbəb olub. Bioloji ölüm faktı iyulun 1-də saat 23:50 radələrində qeydə alınıb.
***08:44
Daşkəsən rayon sakini olan azyaşlı xəstəxanada dünyasını dəyişib.
Far.Az "Teleqraf"a istinadən xəbər verir ki, 1.5 yaşlı D.Murquzova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına çatdırılıb.
Həkimlərin göstərdiyi zəruri tibbi müdaxilələrə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, uşaq tibb müəssisəsinə gətirilən zaman yüksək hərarətdən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar
2025-ci ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













