Amil Həmzəyev: "İrlandiyanı da məğlub edərək qrupu ikinci pillədə başa vurmaq istəyirik"
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində İrlandiyanı məğlub edərək A qrupunu ikinci pillədə başa vurmaq istəyir.
Bu barədə "Report"a açıqlamasında komandanın üzvü Amil Həmzəyev bildirib.
33 yaşlı oyunçu həmin qarşılaşmada rəqibə qalib gələcəklərinə inandığını bildirib:
"İlkin seçmə mərhələdəki sonuncu matçda İrlandiya ilə üz-üzə gələcəyik. Həmin görüşdə də qələbə qazanmaq niyyətindəyik. Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirik. Rəqibi məğlub edərək qrupu ikinci pillədə başa vurmağı planlaşdırırıq. Ümid edirəm ki, istəyimizə nail olacağıq".
A.Həmzəyev ötən gün səfərdə Lüksemburqa 76:74 hesabı ilə qalib gəldikləri oyuna toxunub:
"Çox vacib qələbə qazandıq. Komanda olaraq bunun fərqində idik. Seçmə mərhələdəki hər iki qalibiyyətimiz səfər qarşılaşmalarına təsadüf etdi. Lüksemburqla oyunda bizə çox adam dəstək oldu. Basketbolu sevən hər kəsə təşəkkür edirik. Bu rəqibə qarşı Bakıda da yaxşı oyun sərgiləmişdik. Amma son dəqiqələrdə qələbəni əldən verdik. Səfərdə isə bunun əvəzini çıxdıq. Artıq növbəti görüşə köklənəcəyik".
Xatırladaq ki, bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran Azərbaycan millisi A qrupunda üçüncü pillədə qərarlaşıb. Lider Şimali Makedoniyanın 10, ikinci sıradakı Lüksemburqun 7, dördüncü yerdəki İrlandiyanın 6 xalı var.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın 12 yaşadək basketbolçulardan ibarət millisi Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













