U-20 Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb
İyulun 6-dan 12-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək U-20 Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Qitə birinciliyində açılışı yunan-Roma güləşi millisinin üzvləri edəcək. Böyük məşqçi Turac Hüseynli, məşqçilər Emin Əhmədov, Həsən Əliyev və Elvin Mürsəliyevin rəhbərliyi altında Emin Cavadlı (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Roman Kərimov (67 kq), Kamran Rəcəbli (72 kq), Cavidan Nehmətov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), Mahir Qurbanlı (97 kq) və Museyi-Kazim Hüseyn (130 kq) Skopye arenasında mübarizə aparacaqlar.
Daha sonra qadın güləşi üzrə qarşılaşmalar baş tutacaq. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Nəzrin Əhmədli (50 kq), Esra Məmmədli (53 kq), Qaratel Quliyeva (55 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) ölkəmizi təmsil edəcəklər.
Yarışın sonlarında böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Muhamməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaqlar.
"Skopye Arena"da keçiriləcək yarışın gündüz seansının görüşləri Bakı vaxtı ilə 12:30-da, axşam seansının qarşılaşmaları isə 20:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatında ədaləti I dərəcəli hakimlər Əli Babayev və Həbib Nurulu qoruyacaq.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bakıda Zəfər muzeyinin açılışı olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













