DÇ-2026-da son 60 ilin ən az qayda pozuntusu müşahidə olunub
Far.Az xəbər saytı

DÇ-2026-da son 60 ilin ən az qayda pozuntusu müşahidə olunub


DÇ-2026-da son 60 ilin ən az qayda pozuntusu qeydə alınıb.

"Far.Az" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, turnirin 66 matçında 1484 fol olub.

Bu, hər oyuna orta hesabla 22,5 qayda pozuntusu deməkdir və 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatından bəri ən aşağı göstəricidir.

2018-ci ildə Rusiyada baş tutan dünya çempionatında isə hər oyunda orta hesabla 26,9 fol, 2022-ci ildə Qətərdə 24,1 qayda pozuntusu, 1990-cı ildə İtaliyada isə 40 analoji hal qeydə alınıb.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında 1982-ci ildən bəri hər matça düşən ən aşağı sarı vərəqə göstəricisi də qeydə alınıb və bu, orta hesabla 2,5-ə bərabər olub. Bununla belə, turnirdə 12 qırmızı vərəqə göstərilib ki, bu da 17 meydandan qovulmanın qeydə alındığı DÇ-2010-dan bəri ən yüksək göstəricidir.

Qeyd edək ki, DÇ-2026 iyulun 19-da yekunlaşacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Kərim Vəliyev Qətərdə Beynəlxalq Dəniz Müdafiə sərgisində iştirak edir
Azərbaycanda vərəqə şüşə istehsal edən ilk zavoddan REPORTAJ
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər