Skuter və velosiped sürənlərin NƏZƏRİNƏ - Bu küçələrə də zolaqlar çəkiləcək
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatıb. Təkcə sentyabr ayında 264 050 nəfər bu nəqliyyat vasitələrindən yararlanaraq ümumilikdə 2 milyon 647 min 688 kilometr məsafə qət edib.
BAKU.WS-in məlumatına görə, 2025-ci ilin sentyabrı ilə müqayisədə istifadəçilərin sayı 19 faiz, qət edilən məsafə isə 98 faizdən çox artıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Artan tələbat fonunda paytaxtda mikromobillik infrastrukturu da genişləndirilir. Hazırda velosiped və skuterlər üçün zolaqların ümumi uzunluğu 67,8 kilometrdir. Dövlət Proqramına əsasən, bu göstəricinin 2030-cu ilədək 100 kilometrə çatdırılması planlaşdırılır.
AYNA-nın paylaşdığı xəritədə yaşıl xətlərlə mövcud zolaqlar, narıncı kəsik xətlərlə isə layihələndirilən və gələcəkdə şəbəkəyə qoşulması mümkün olan yol hissələri göstərilib.
Yeni mikromobillik zolaqlarının nəzərdə tutulduğu küçə və prospektlər arasında Təbriz, İ. Həsənoğlu, H. Rəsulbəyov, S. Əsgərova, A. Abbasov, H. Məcidov, F. Bayramov, B. Vahabzadə, A. Cəmil və S. Vurğun küçələri, eləcə də Mətbuat və Vaqif prospektləri var. Qeyd edək ki, bu adlar həmin küçələrin bütün uzunluğu boyunca zolaq salınacağı demək deyil. Xəritədə yalnız konkret yol hissələri işarələnib.
Qeyd edək ki, mikromobilliyin şəhər nəqliyyatında payı da yüksəlir. 2026-cı ilin ilk 9 ayında Bakının mərkəzində başlanıb başa çatan səfərlərin 19,7 faizi velosiped və skuterlərin payına düşüb. Ötən ilin eyni dövründə bu göstərici 12 faiz olub.
Mikromobillik şəbəkəsinin genişləndirilməsində əsas məqsəd mövcud velosiped yollarını birləşdirərək kəsintisiz marşrutlar yaratmaq, istifadəçilərin təhlükəsiz və rahat hərəkətini təmin etməkdir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Haber Global": "Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmaz və daimi qardaşlıq bağına əsaslanır"













