Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
Far.Az xəbər saytı

Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər


Türkiyə ABŞ və İranla əldə olunan razılaşma və aparılan danışıqları dəstəkləyir.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında deyib.

"Bu nəticənin əldə edilməsində Pakistanın Baş naziri Şahbaz Şərif və digər pakistanlı qardaşlarımızı təbrik edirəm", - Ərdoğan əlavə edib.

Ş. Şərif bildirib ki, ABŞ ilə İran arasında atəşkəsin əldə edilməsi prosesində Türkiyə həmişə Pakistanı dəstəkləyib.

Hər iki lider Türkiyə ilə Pakistan arasında iqtisadi əlaqələrin də inkişaf etdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, İstanbulda keçirilən "Türkiyə-Pakistan Biznes Forumu"nda bu barədə daha ətraflı məlumat verilib. Forumda çıxış edən Ş. Şərif Kəraçi Sənaye Parkında türk investorlara xüsusi bir ərazinin ayrılacağını açıqlayıb.

Oxşar xəbərlər

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər