Kuşner ABŞ, Rusiya, Ukrayna və Avropa arasında genişləndirilmiş görüşə hazırlıqları açıqlayıb
ABŞ Rusiya-Ukrayna münaqişəsinə son qoymaq və uzunmüddətli sülh razılaşmasına nail olmaq üçün işlərini davam etdirir.
"Far.Az"un məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner bu barədə "X" sosial şəbəkəsində yazıb.
C.Kuşnerin sözlərinə görə, o və xüsusi elçi Stiv Uitkov dünən Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla danışıqlarda əldə edilən irəliləyişi və sülh prosesi istiqamətində növbəti addımları müzakirə ediblər, həmçinin Ukrayna tərəfi və Avropa tərəfdaşları, o cümlədən Almaniya, Fransa, Böyük Britaniya, Polşa və İtaliyanın milli təhlükəsizlik müşavirləri, eləcə də Aİ və NATO nümayəndələri ilə məhsuldar söhbət aparıblar.
"Biz Ukraynadakı müharibəyə və onun yaratdığı böyük insan əzablarına son qoymağa sadiqik. ABŞ Prezidenti Donald Tramp davamlı sülhə nail olmaq əzmindədir və biz bu məqsədə çatmaq üçün mümkün olan hər şeyi etməyə tam sadiqik. Biz son dörd ildə əsasən Avropa və Rusiya arasında mövcud olmayan birbaşa əlaqələrin necə təşviq olunacağını müzakirə etdik. Hər iki tərəfin bir-birinin narahatlıqlarını və təkliflərini birbaşa eşitməsi vacibdir", - o vurğulayıb.
Tərəflər həmçinin tezliklə keçirməyi ümid etdikləri növbəti çoxtərəfli görüş üçün gündəliyin hazırlanmasına başlayıblar. Əsas müzakirə mövzularından biri müharibənin sona çatması və yeni münaqişələrin riskini azalda biləcək müharibədən sonrakı təhlükəsizlik mexanizmlərinin yaradılması olub.
Açıqlamada NATO-nun Avropa təhlükəsizliyinin vacib dayağı olaraq qalacağı vurğulanır. Həmçinin, mövcud Avropa qurumlarının və müqavilələrinin gücləndirilməsi, təhlükəsizlik zəmanətlərinin, kommunikasiyanın, şəffaflığın və gərginliyin azaldılması mexanizmlərinin hazırlanması təklif olunur.
Kuşner həmçinin, onun fikrinə əsasən Ukrayna üçün uzunmüddətli sabitliyi təmin etməli olan üç əsas sahəni qeyd edib: etibarlı təhlükəsizlik zəmanətləri, Avropa İttifaqına qoşulma perspektivi, müharibədən sonrakı yenidənqurma və iqtisadi inkişaf üçün hərtərəfli plan.
"Ukrayna üçün uğurlu nəticə suveren, təhlükəsiz və çiçəklənən, öz gələcəyini müəyyən etməkdə azad olan dövlətdir", - açıqlamada deyilir.
Qeyd olunur ki, bərpa planı Avropa tərəfdaşları, Dünya Bankı və digər təşkilatlarla birgə hazırlanır, maliyyə sabitliyinə dəstək, investisiyaların cəlb olunması və uzunmüddətli iqtisadi artımın təminatını əhatə edir.
Kuşner eləcə də vurğulayıb ki, hər hansı yekun sülh müqaviləsi həm Rusiya, həm də Ukrayna tərəfindən təsdiqlənməlidir. Onun sözlərinə görə, fikir ayrılıqlarına baxmayaraq, qapalı danışıqlar zamanı "pozitiv və konstruktiv ideyalar" ortaya çıxır ki, bu da mümkün həll yollarının araşdırılmasına və mübahisəli məsələlərin azaldılmasına imkan verir.
"Ciddi problemlər qalmaqdadır, yekun razılaşma çətin qərarlar tələb edəcək. Lakin biz Rusiya, Ukrayna və Avropa ilə sıx əlaqələndirmə yolu ilə bu müharibəyə son qoya, Avropa təhlükəsizliyini gücləndirə və davamlı sülhün təməlini qoya biləcək bir nəticəyə doğru irəliləyirik", - o, fikirlərini yekunlaşdırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub













