Azərbaycan millisinin üzvü: Səhvlər daha yaxşı nəticə göstərməyimizə mane oldu
Çox səhvlər etdik və bu, daha yaxşı nəticə göstərməyimizə mane oldu.
"Report" xəbər verir ki, bunu Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Azərbaycanın kişilərdən ibarət yığmasının blokçusu Ramazan Ağabəyov Avropa çempionatının təsnifat mərhələsində keçirilən Avstriya ilə oyun barədə danışarkən deyib.
O, istədikləri kimi oynaya bilmədiklərini vurğulayıb:
“Təsnifat mərhələsində ilk matçımız səfərdə Avstriya komandasına qarşı oldu. Oyunumuz istədiyimiz kimi alınmadı. Rəqibin heyətində təcrübəli voleybolçular çox idi və onlar görüşün həlledici anlarında komandalarına kömək etdilər. İlk hissədən fərqli olaraq ikinci setə daha yaxşı başlayaraq təşəbbüsü ələ aldıq və hesabda irəli keçdik. Amma təəssüf ki, üstünlüyümüzü sonadək qoruya bilmədik".
Ramazan Ağabəyov növbəti qarşılaşmada qalib gəlmək istədiklərini söyləyib:
"Növbəti oyunumuz Bakıda Belçika yığmasına qarşı olacaq. Belçika bizə tanış komandadır. Avstriya ilə matçdan sonra məşqlərdə səhvlərimiz üzərində də işləyirik. Azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərib, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, AVRO-2026-nın təsnifat mərhələsinin B qrupunda mübarizə aparan yığma ilk oyunda Avstriyaya 0:3 hesabı ilə məğlub olub. Komanda avqustun 24-də GİN-nin Voleybol Mərkəzində növbəti matçını Belçika millisinə qarşı keçirəcək.
Oxşar xəbərlər
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
Azərbaycan millisinin basketbolçusu: Olimpiadadan sonra yarışa hazırlaşmaq çətin idi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib













