Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurublar
Far.Az xəbər saytı

Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurublar


Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yığma yarışın ikinci günündə aktivinə 8 medal yazdırıb.

Mehdi Abbasov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Cəsur İbadlı (-81 kq), Canpolad Əliyev (-100 kq) və Nərgiz Əhmədova (-48 kq) yarışı gümüş medalla başa vurublar. Süleyman Şükürov (-90 kq), Davud Namazlı (-100 kq) və Xədicə Qədəşova (-57 kq) isə bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (-73 kq) gümüş medala yiyələnib.

Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medalla tamamlayıb. Yekun nəticələrə əsasən yığma 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
"Nərgiz" Ticarət Mərkəzində təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər