Merab Çuxua beynəlxalq ictimaiyyəti çərkəz soyqırımını tanımağa çağırıb
Far.Az xəbər saytı

Merab Çuxua beynəlxalq ictimaiyyəti çərkəz soyqırımını tanımağa çağırıb


Çərkəzlərin təxminən 10 %-i öz tarixi yurd yerlərində yaşayır, qalan 90 %-i isə bütün dünyada məskunlaşıb.

"Far.Az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Tbilisi Dövlət Universitetinin Qafqazşünaslıq İnstitutunun sədri professor Merab Çuxua "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, bu gün çərkəz xalqı öz torpaqlarından zorla köçürülən nəsillərini tarixi vətəninə qaytarmağa çalışır: "Çərkəzlərin məqsədi - repatriantları vaxtilə məhz Rusiya imperiyasının onları Osmanlı imperiyasına deportasiya etdiyi yerlərdə məskunlaşdırmaqdır. ABŞ tədqiqatçılarının məlumatlarına görə, dünyada çərkəzlərin sayı 6 milyondan çoxdur. Bununla yanaşı, onların yalnız təxminən 10 %-i öz tarixi vətənində yaşayır, 90 %-i isə bütün dünyada - Türkiyə, Almaniya, İordaniya, Suriya, İraq, Fransa, ABŞ, İsrail və Niderlandda məskunlaşıb".

Çıxışının sonunda ekspert beynəlxalq ictimaiyyəti çərkəzlərin soyqırımı faktını rəsmən tanımağa çağırıb.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şuşaya köçürülən 600-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər