Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60%-i təmas xəttindən içəridə baş verib
Far.Az xəbər saytı

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60%-i təmas xəttindən içəridə baş verib


Analizlər göstərir ki, mina hadisələrinin təxminən 60 %-i təmas xəttindən içəridə baş verib.

"Far.Az"un məlumatına görə, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Sükut içində addımlar" filminin təqdimat mərasiminin yekunundakı çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu da o deməkdir ki, azad olunan ərazilər nizamsız şəkildə minalanmışdır:

"Sözsüz ki, bu problemin ağır fəsadları var. 2020-ci ilin noyabrından bu günə qədər 444 nəfər mina qurbanı olub və təəssüflər olsun ki, onlardan 73 nəfəri həyatını itirib".

V. Süleymanov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin 11 667 kvadrat kilometri şübhəli təhlükəli ərazilər kateqoriyasına aiddir.

Oxşar xəbərlər

Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
"TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər