Cəmilə Qurbanova işdən çıxarıldı
Far.Az xəbər saytı

Cəmilə Qurbanova işdən çıxarıldı


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad edilib.

Far.Az Demokrat.az-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə Cəmilə Qurbanova iyunun 3-dən etibarən "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" publik hüquqi şəxsin (PHŞ) direktoru vəzifəsindən azad olunub.

Nazirliyin məlumatına görə, hazırda institut direktorunun vəzifəsinin icrası baş həkim Xuraman Bağırovaya həvalə edilib.

Səhiyyə Nazirliyi vəzifədən azad olunmanın səbəbi ilə bağlı əlavə məlumat verməyib.

Cəmilə Qurbanova işdən çıxarıldı

Oxşar xəbərlər

Fazil Say evləndi
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
"Dünyanın ən gözəl qızı" Tilan Blonde hazırda 24 yaşındadır
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər