Azərbaycan güləşçiləri Avropa çempionatında finala yüksəliblər
Far.Az xəbər saytı

Azərbaycan güləşçiləri Avropa çempionatında finala yüksəliblər


Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

Far.Az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində finalçılar müəyyənləşib.

Milli komandamız çempionatın ilk gününü uğurla başa vurub. Emin Cavadlı (55 kq) Skopye arenasında rəqiblərinə heç bir şans tanımayıb. O, türkiyəli Denizhan Ogün (5:1), almaniyalı Lenni Vörner (16:5) və yunanıstanlı Vasileyos Papageorqiu (9:0) üzərində qələbə qazanaraq finala yüksəlib. Emin həlledici görüşdə ermənistanlı Edqar Petrosyanla üz-üzə gələcək.

Tural Əhmədov (63 kq) 1/8 finalda gürcüstanlı Giorgi Tçikaidzeyə (0:9) məğlub olub.

Cavidan Nehmətov (77 kq) finlandiyalı Luka Kayanne (2:0), rusiyalı Nazar Berkovski (8:0) və türkiyəli Alkan Akara (3:1) üzərində qələbə qazanaraq finala vəsiqə qazanıb. Təmsilçimiz finalda ermənistanlı Samvel Terteryanla qarşılaşacaq.

Orxan Hacıyev (87 kq) turnirə inamla start verib. O, əvvəlcə almaniyalı Anton Buxholtsu (9:0), daha sonra ukraynalı Vladislav Solodçuku (11:9), yarımfinalda isə israilli İtjak Nemsadzeyə (9:0) qalib gələrək finala adlayıb. Orxan çempionluq uğrunda rusiyalı Mixail Şkarinlə mübarizə aparacaq.

Mübarizəyə 1/4 finaldan qoşulan Museyi-Kazım Hüseyn (130 kq) ermənistanlı Lyova Şuxyanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Təmsilçimiz finala gedən yolda ukraynalı İvan Yankovskiyə uduzsa da, sabah bürünc medal uğrunda türkiyəli Üzeyir Bostanla qarşılaşacaq.

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər