Cevdet Yılmaz: Türkiyə Avropada bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak etməlidir
Türkiyə Avropada bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak etməlidir.
"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada NATO dövlət və hökumət başçılarının zirvə toplantısında çərçivəsində keçirilən müdafiə sənayesi forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Türkiyə dünyada müdafiə sənayesi məhsulları ixrac edən ölkələr arasında 11-ci yerdə qərarlaşıb:
"Biz yaxın gələcəkdə ilk onluğa daxil olmağı hədəfləyirik. Türkiyənin müdafiə və aerokosmik məhsulları ixracı son bir ildə 11 milyard dolları keçib. İxracımızın yarıdan çoxu da NATO-dakı müttəfiqlərimizə və Avropa İttifaqı ölkələrinə olub".
C.Yılmaz bildirib ki, NATO-nun Avropa sütununa əhəmiyyətli töhfə verən Türkiyə xüsusilə Avropa İttifaqı ilə birlikdə Avropada bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak etməlidir:
"Müttəfiq ölkələr arasında müdafiə sektorunda ticarət məhdudiyyətlərini və sanksiyaları aradan qaldırmalıyıq, mənasız sanksiyaları və məhdudiyyətləri masadan çıxarmalıyıq".
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













