Fərhad Bədəlbəyli: Ziyalıların sözünə bir qədər diqqətlə yanaşmaq lazımdır
Mədəniyyət Nazirliyi davamlı şəkildə ziyalılarla məsləhətləşmələr aparmalıdır.
"Far.Az"un məlumatına görə, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli
Milli Məclisin Mədəniyyət komitəsinin "Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası" mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.
"Hər hansı bir layihə, hansısa mədəniyyət günlərinin xaricdə təşkili nəzərdə tutulanda, gəlin, məsləhətləşək. Biz 50 ildir Avropanı, Amerikanı gəzirik. Yəni hər şeyi bilirik, harada nə ifa etmək, hansı ölkədə hansı tədbiri keçirmək lazımdır, bilirik. Ziyalıların sözünə bir qədər diqqətlə yanaşmaq lazımdır", - o qeyd edib.
F.Bədəlbəyli balet artistlərinin pensiya məsələsinə də toxunub: "55 yaşında insan balet oynaya bilərmi? Onların pensiyası kimi elementar problemlər, təəssüf ki, bu gün də həllini tapmayıb".
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













