Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
Far.Az xəbər saytı

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat yayıb.

"BƏƏ-nin Füceyrə əmirliyində baş vermiş, 14 nəfərin həyatına son qoyan və onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol qəzası bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq.

Bu ağır gündə Birləşmiş Ərəb Əmirlikləri ilə həmrəy olduğumuzu bildiririk", - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər

"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
DİN "13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road and Traffic"" sərgisində iştirak edir
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər