Rafael Hüseynov: Azərbaycan muzeylərinin, demək olar, hamısında kondisioner problemi var
Azərbaycan muzeylərinin, demək olar, hamısında kondisionerləşmə sistemi tənzimlənmir.
"Report"un məlumatına görə, bunu Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov parlamentin Mədəniyyət komitəsinin "Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası" mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, bu problemin həlli mütləqdir: "Bu məsələ sistemli şəkildə həllini tapmalıdır. Kondisioner probleminin olması tamaşaçılar üçün də problem yaradır".
R.Hüseynov Akademik Opera və Balet Teatrının təmiri məsələsinə də toxunub: "O bina bir ilə tikilib. Ümid edirik ki, binanın təmiri tezliklə başa çatacaq. Düzdür, tamaşalar Heydər Əliyev Sarayında nümayiş olunur, amma binanın təmir işininin də tezliklə bitəcəyini gözləyirik".
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
"Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
İttihamlar, ədavət və məhkəmə predmeti: Opera və Balet Teatrında nə baş verir? – ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













