Zelenski NATO sammitində Azərbaycana təşəkkür etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Far.Az "Report"a istinadla xəbər verir ki, bunu Zelenski iyulun 7-də NATO sammiti çərçivəsində Ankarada Müdafiə Sənayesi Forumundakı çıxışında bəyan edib.
V.Zelenskinin sözlərinə görə, bu gün Ukrayna dünyanın ən böyük dron potensialına malikdir və tərəfdaşlarına "Drone Deal" təşəbbüsü vasitəsilə əməkdaşlığı inkişaf etdirməyi təklif edir.
O qeyd edib ki, təşəbbüs yalnız pilotsuz uçuş aparatlarının alınmasını deyil, həm də birgə istehsalı, texnologiyaların sürətli tətbiqini, kritik infrastrukturun mühafizəsini və təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutur:
"Müdafiə sektorunda Ukrayna ilə əməkdaşlıq edən hər bir ölkə liderinə, hər bir şirkətə təşəkkür etmək istəyirəm. Avropa İttifaqı, Türkiyə, NATO ölkələri, eləcə də Azərbaycan və Fars körfəzi dövlətləri kimi ölkələr bizim güclü tərəfdaşlarımızdır. Ümid edirəm ki, əməkdaşlığımız ölkələrimizin təhdidlərə qarşı etibarlı müdafiəsini təmin edəcək".
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur













