DÇ-2026: Argentina Misir üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib
Far.Az xəbər saytı

DÇ-2026: Argentina Misir üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib


Futbol üzrə dünya çempionatında Argentina Misir üzərində əzmkar qələbə qzaanıb.

Far.Az xəbər verir ki,Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:2 hesbalı qələbəyə seviniblər.

Baxmayaraq ki, görüşdə ilk iki qol Misir komandasından gəlib. Yasser İbrahim (15) və Mustafa Ziko (67) Afrika təmsilçisinin qollarını vurublar. Bunun belə, özündə güc toplayan Argentina seçməsi ard-arda 3 dəfə rəqib qapısına yol tapmaqla qalib gəlməyi bacarıb.

"Tanqoçular"un heyətində Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) diqqət mərkəzinə düşüblər.

***21:58

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda beşinci qol vurulub.

Far.Az xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 3:2.

90+3-cü dəqiqədə Enzo Fernandes fərqlənib.

***21:50

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda dördüncü qol vurulub.

Far.Az xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

83-cü dəqiqədə Lionel Messi fərqlənib.

***21:45

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda üçüncü qol vurulub.

Far.Az xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesab arasındakı fərqi azaldıb - 1:2.

79-cu dəqiqədə Kristian Romero Messinin ötürməsini qola çevirib.

***21:43

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ikinci qol vurulub.

Far.Az xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.

67-ci dəqiqədə Mustafa Ziko rəqib komandanı oyuna mərkəzdən başlamağa məcbur edib.

***21:10

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ilk qol vurulub.

Far.Az xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.

15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.

***20:00

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyunu başlayıb.

Far.Az xəbər verir ki, 1/8 final mərhələsinin matçı Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı fransal; FIFA referisi Fransua Leteksye idarə edir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
DÇ-2026: Argentina Misir üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-8
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb - YENİLƏNİB-6
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər