Azərbaycan və Türkmənistan "Ana təbiət" beynəlxalq tədbirini keçirəcək
Azərbaycan və Türkmənistan oktyabrın 19-dan noyabrın 30-dək Türkmənistanda baş tutacaq "Ana təbiət" adlı beynəlxalq tədbir keçirəcək.
"Far.Az" Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir ki, məsələni Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanda müzakirə ediblər.
Tədbir Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondu tərəfindən birgə təşkil olunacaq. Onun iki fond arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə kömək edəcəyi gözlənilir.
Görüş zamanı tərəflər siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edərək, ikitərəfli münasibətlərin inkişafını da müzakirə ediblər.
Oxşar xəbərlər
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Heydər Əliyev Fondu Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına xeyriyyə Fondu anlaşma memorandumu imzalayıb
Türkmənistanda Azərbaycanın Zəfər Günü qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













