"Cyber Summer School 2026"nın iştirakçıları kibertəhlükəsizliyin əsas istiqamətləri barədə məlumatlandırılıb
Mingəçevirdə keçirilən V "Cyber Summer School 2026" yay düşərgəsinin iştirakçıları kibertəhlükəsizliyin əsas istiqamətləri barədə məlumatlandırılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, təlim iştirakçıları "Blue Team" (Azərbaycan dilində tədris) və "Red Team" (ingilis dilində tədris) qruplarında kibertəhlükəsizlik sahəsinin əsas istiqamətlərini əhatə edən nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.
Hər iki qrup üçün "Şəbəkə təhlükəsizliyi/Network Security", "Veb tətbiqlərinin təhlükəsizliyi/Web Application Security", "Kibertəhlükəsizlik məqsədli skript yazılması/Scripting for Security" və "Əməliyyat sistemlərinin təhlükəsizliyi/Operating System Security" mövzuları üzrə təlimlər davam etdirilib.
Təlimlər Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) platin üzvü olan "Azercell Telekom" MMC-nin Kibertəhlükəsizlik mühəndisi Səfərli Səfərəli və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşları tərəfindən aparılıb. Təlimlər zamanı iştirakçılar şəbəkələrin təhlükəsizliyinin təmin olunması prinsipləri, veb tətbiqlərində rast gəlinən təhlükəsizlik boşluqları və onların aradan qaldırılması üsulları, kibertəhlükəsizlik məqsədli skriptlərin hazırlanması, eləcə də əməliyyat sistemlərinin təhlükəsizliyinin təmin edilməsinə dair nəzəri biliklər əldə edib, praktiki tapşırıqları yerinə yetirərək mövzular üzrə bacarıqlarını inkişaf etdiriblər.
Günün sonunda iştirakçıların təlim müddətində əldə etdikləri biliklərin qiymətləndirilməsi və möhkəmləndirilməsi məqsədilə interaktiv viktorina təşkil olunub.
Qeyd edək ki, iyulun 6-da başlayan V "Cyber Summer School 2026" kiber yay düşərgəsinin əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının inkişafına töhfə vermək, gənclərin nəzəri bilik və praktiki bacarıqlarını gücləndirməkdir.
Düşərgə çərçivəsində növbəti günlərdə də kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlər, komanda tapşırıqları, kiber yarışlar və digər inkişafyönümlü fəaliyyətlər davam etdiriləcək.
Tədbir iyulun 11-dək davam edəcək.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
"Cyber Summer School 2026"nın təlim proqramına start verilib
Mingəçevirdə V "Cyber Summer School 2026" kiber yay düşərgəsinə start verilib
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
-
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
-
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
-
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
-
Bu gün Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır













