"Cyber Summer School 2026"nın təlim proqramına start verilib
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkil etdiyi V "Cyber Summer School 2026" kiber yay düşərgəsində təlim proqramının ilk günü başlayıb.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhərində keçirilən düşərgənin ilk tədris günündə iştirakçılar proqram üzrə formalaşdırılmış "Blue Team" (Azərbaycan dilində tədris) və "Red Team" (ingilis dilində tədris) qruplarında kibertəhlükəsizlik sahəsinin əsas istiqamətlərini əhatə edən nəzəri və praktiki təlimlərdə iştirak ediblər.
Təlimlər çərçivəsində hər iki qrup üçün "Veb texnologiyaları/Web Technologies", "Şəbəkə əsasları/Network Fundamentals", "İnternet texnologiyaları və arxitektura/Internet Technologies and Architecture", "Kibertəhdid kəşfiyyatı və açıq mənbə kəşfiyyatı (OSINT)/Cyber Threat Intelligence and OSINT" mövzuları üzrə dərslər keçirilib.
Təlimlər TEXIO Academy-nin təsisçisi, AKTA-nın təşəbbüsü ilə yaradılmış Kiber Diasporanın nümayəndəsi Elgün Bəxtiyaroğlu və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşları tərəfindən aparılıb.
Təlimlər zamanı iştirakçılar şəbəkə və veb texnologiyalarının əsasları, internet arxitekturası, kibertəhdidlərin təhlili və açıq mənbələrdən kəşfiyyat məlumatlarının toplanması metodları üzrə həm nəzəri biliklər əldə edib, həm də praktiki tapşırıqlar üzərində çalışıblar.
Təlimlərin sonunda iştirakçıların təlim müddətində əldə etdikləri biliklərin möhkəmləndirilməsi məqsədilə interaktiv viktorina oyunu təşkil olunub.
Qeyd edək ki, iyulun 11-dək davam edəcək yay düşərgəsinin əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının inkişafına töhfə vermək, gənclərin nəzəri bilik və praktiki bacarıqlarını gücləndirməkdir.
Düşərgə çərçivəsində növbəti günlərdə də kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlər, komanda tapşırıqları və digər inkişafyönümlü fəaliyyətlər davam etdiriləcək.
Oxşar xəbərlər
Mingəçevirdə V "Cyber Summer School 2026" kiber yay düşərgəsinə start verilib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
-
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
-
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
-
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
-
Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır
-
Boliviyada hərbi obyektdə partlayış nəticəsində iki nəfər ölüb, onlarla insan yaralanıb













