UNCTAD: Striminq xidmətləri musiqi sənayesi gəlirlərinin 70 %-ni formalaşdırır
Striminq xidmətləri musiqi sənayesi gəlirlərinin 70 %-ni formalaşdırır, son on ildə rəqəmsal xidmətlərin həcmi isə orta hesabla ildə 8 % artıb.
"Far.Az" xəbər verir ki, bu barədə UNCTAD-ın Xidmətlər ticarəti və inkişaf bölməsinin rəhbəri Dun U Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
Onun sözlərinə görə, yaradıcı sənayelər iqtisadi artım və şaxələndirmə baxımından böyük potensiala malikdir. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) qiymətləndirmələrinə əsasən, 2021-ci ildə araşdırma aparılmış 53 ölkədə bu sahənin ÜDM-də payı 6,8 % təşkil edib.
Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov isə bildirib ki, dövlət kreativ sənayelərin inkişafı üçün ekosistem yaratmalı və bazar iştirakçısı kimi deyil, tənzimləyici qismində çıxış etməlidir.
Onun sözlərinə görə, sahənin inkişafı üçün məhsul istehsalı və ixracı üzrə bazarlar formalaşdırmaq, yeni təşviqat kanalları yaratmaq və özəl investisiyaları cəlb etmək lazımdır.
"Alem Entertainment GP" şirkətinin təsisçisi və baş direktoru Ernur Rısmaqambetov öz tərəfindən qeyd edib ki, bu gün Qazaxıstan bazarında təqdim olunan kino məhsullarının təxminən 85 %-ni yerli filmlər təşkil edir.
Onun sözlərinə görə, son illərdə Qazaxıstanda milli kontentə maraq əhəmiyyətli dərəcədə artıb:
"Əgər on il əvvəl kinoprokatın təxminən 85 %-i Hollivud filmlərinin və digər ölkələrin məhsullarının payına düşürdüsə, indi tamaşaçılar getdikcə daha çox yerli filmləri seçirlər".
Oxşar xəbərlər
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığı üzrə qurumlararası iclas keçirilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
-
Naxçıvanda fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası açılıb













