Müharibədə qələbə cəmiyyətin bütün təbəqələrinin ümummilli məqsəd naminə birləşmək bacarığını ortaya qoydu – Rəy
Far.Az xəbər saytı

Müharibədə qələbə cəmiyyətin bütün təbəqələrinin ümummilli məqsəd naminə birləşmək bacarığını ortaya qoydu – Rəy


VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı zamanı Prezident İlham Əliyevin çıxışında milli birlik məsələsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil.

Bunu "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Milli Məclisin üzvü dövlət başçısının Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı dövründə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşayan bütün etnik qrupların və dinlərin nümayəndələrinin vahid amal ətrafında birləşərək milli kimliyimizin qorunması, ədalətin bərpası və ərazi bütövlüyümüzün təmin olunması uğrunda mübarizə apardıqlarını vurğuladığını deyib:

"Bu birlik Azərbaycan xalqının tarixində mühüm yer tutan mənəvi və siyasi hadisədir. Uzun illər davam edən işğal, münaqişənin yaratdığı ağır nəticələr və tarixi ədalətin bərpası zərurəti xalqımızı ümumi məqsəd ətrafında birləşdirən əsas amillərdən olub. Müxtəlif etnik mənsubiyyətə və dini etiqada malik vətəndaşlarımızın Vətənin müdafiəsində eyni mövqedən çıxış etməsi Azərbaycanın dövlətçilik təməllərinin möhkəmliyini nümayiş etdirib".

Səbinə Salmanova
S.Salmanova qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun qəhrəmanlığının və yüksək peşəkarlığının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, xalqın sarsılmaz iradəsinin və milli həmrəyliyinin nəticəsidir:

"Bu qələbə dövlətimizin hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, cəmiyyətin bütün təbəqələrinin ümummilli məqsəd naminə birləşmək bacarığını da ortaya qoydu. Müharibə dövründə nümayiş etdirilən həmrəylik Azərbaycanın yalnız hərbi deyil, həm də mənəvi üstünlüyünün mühüm göstəricisinə çevrildi. Ölkə başçımızın milli birliyi qələbənin rəmzi kimi səciyyələndirməsi məhz bu baxımdan böyük məna daşıyır. Çünki milli birlik yalnız müəyyən tarixi mərhələdə meydana çıxan həmrəylik deyil, dövlətin davamlı inkişafını və təhlükəsizliyini təmin edən strateji amildir".

Deputat bildirib ki, müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrinin ölkənin Konstitusiyasına uyğun olaraq bərabər hüquqlardan istifadə etməsi, cəmiyyətin həyatında iştirak etməsi və vahid ailə kimi yaşaması ölkədə formalaşmış ictimai münasibətlərin mahiyyətini ifadə edir:

"Bu, eyni zamanda, dövlətin bütün vətəndaşların hüquq və azadlıqlarının qorunmasına əsaslanan siyasətinin nəticəsidir. Bu gün dünyanın müxtəlif bölgələrində dini və etnik fərqlərin qarşıdurma vasitəsinə çevrildiyi, dözümsüzlük və ayrı-seçkilik meyillərinin gücləndiyi bir şəraitdə Azərbaycanın təcrübəsi xüsusi aktuallıq qazanır. Ölkəmizin yanaşması göstərir ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı hörmətin təmin olunması, hüquq bərabərliyinin qorunması və ümumi dövlətçilik maraqlarının möhkəmləndirilməsi sabit cəmiyyətin əsas şərtlərindəndir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər