Gənc rəssamlar Qarabağın bərpasını əks etdirən 29 sənət əsəri ərsəyə gətirib
Far.Az xəbər saytı

Gənc rəssamlar Qarabağın bərpasını əks etdirən 29 sənət əsəri ərsəyə gətirib


"Qarabağın rəngləri: faciədən zəfərə" (2026) layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərin dirçəlişi, bərpa-quruculuq işləri, təbiəti və mədəni irsini əks etdirən ümumilikdə 29 sənət əsəri ərsəyə gətirilib.

"Report" xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə keçirilən layihədə iştirak edən 26 gənc rəssam sertifikat və xüsusi təqaüdlərlə təltif olunub.

QDF İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, ilk dəfə 2024-cü ildə reallaşdırılan "Qarabağın Rəngləri" layihəsinin məntiqi davamı olan "Qarabağın rəngləri: faciədən zəfərə" (2026) layihəsi tarixi yaddaşın bədii sənət dili ilə gələcək nəsillərə ötürülməsində mühüm bir körpü rolunu oynayır.

O, gələcəkdə layihənin miqyasının daha da genişlənəcəyinə və beynəlxalq müstəviyə daşınacağına ümidvar olduğunu söyləyərək vurğulayıb ki, gənc rəssamların fırçasından çıxan hər bir əsər təkcə Qarabağın keçmiş ağrı-acısını deyil, həm də bu gün regionda gedən möhtəşəm intibah prosesini və xalqın zəfər ruhunu özündə ehtiva edir.

AzRA-nın rektoru, Xalq rəssamı Natiq Əliyev layihənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və onların yaradıcılıq potensialının reallaşdırılmasında müstəsna rolunu qeyd edib.

Qeyd edək ki, layihə çərçivəsində hazırlanan sənət əsərləri yaxın günlərdə xeyriyyə hərracına çıxarılacaq. Satışdan əldə ediləcək bütün vəsait Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə olunacaq.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabının təqdimat mərasimi keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər