Aİ Ukraynaya hərbi yardım missiyasının mandatını 2028-ci ilədək uzadıb
Far.Az xəbər saytı

Aİ Ukraynaya hərbi yardım missiyasının mandatını 2028-ci ilədək uzadıb


Avropa İttifaqı Şurası Ukraynaya Hərbi Yardım Missiyasının (EUMAM Ukrayna) mandatını iki il müddətinə, 15 noyabr 2028-ci ilə qədər uzadıb və onun fəaliyyəti üçün təxminən 300 milyon avro ayırıb.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.

Qərar missiyanın fəaliyyətinin strateji qiymətləndirilməsinin nəticələrinə əsasən qəbul edilib.

Yenilənmiş mandat çərçivəsində EUMAM Ukraine missiyasına fəaliyyətini Ukrayna hərbçiləri və beynəlxalq tərəfdaşlarla əlaqələndirmək üçün birbaşa Ukrayna ərazisində olmaq imkanı veriləcək.

Dəyişikliklər Avropanın hərbi hazırlıq proqramının Ukrayna ordusunun ehtiyaclarına uyğunlaşdırılmasına yönəlib. Bu çərçivədə döyüş təcrübəsinin təhlilinə və hərbi hazırlıq sisteminin gücləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Missiya ABŞ, Böyük Britaniya, Kanada və Norveç də daxil olmaqla beynəlxalq tərəfdaşlarla, eləcə də "Könüllülər koalisiyası" ilə sıx əməkdaşlığı davam etdirəcək. Bundan başqa, EUMAM Ukraynaya təhlükəsizlik və hərbi hazırlıq sahəsində dəstək göstərilməsi üzrə NATO ilə də əməkdaşlıq edəcək.

EUMAM Ukraine Aİ-nin Ukraynaya hərbi dəstəyinin əsas mexanizmlərindən biridir. 2022-ci ilin oktyabrında Ukraynanın müraciəti əsasında yaradılan missiya çərçivəsində indiyədək 100 mindən çox ukraynalı hərbçi təlim keçib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər