Türkiyə İraqdan qoşunlarını ilin sonunadək çıxaracaq
Far.Az xəbər saytı

Türkiyə İraqdan qoşunlarını ilin sonunadək çıxaracaq


Türkiyə 2026-cı ilin noyabrında başladığı hərbi qüvvələrin İraqın Başika bölgəsindəki Zilkan hərbi bazasından mərhələli çıxarılması prosesini ilin sonunadək başa çatdıracaq.

"Report" xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi nümayəndəsi Sabah ən-Numan "Iraqi News Agency"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyə hərbçilərinin çıxarılmasından sonra hərbi obyekt 2026-cı ilin sonunadək və ya 2027-ci ilin əvvəlində İraqın təhlükəsizlik qüvvələrinin nəzarətinə veriləcək.

Nümayəndə bildirib ki, İraq-Türkiyə Birgə Təhlükəsizlik Komitəsi hərbi bazanın təhvil verilməsi və Sincar bölgəsində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı işlərə başlayıb. Razılaşmalar Türkiyə qoşunlarının mərhələli çıxarılmasını, İraq dövlətinin Sincar üzərində nəzarətinin gücləndirilməsini, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini və iqtisadi əlaqələrin inkişafını nəzərdə tutur.

Sabah ən-Numan vurğulayıb ki, Sincarda təhlükəsizliyin təmin olunmasında əldə edilən irəliləyiş Ankara ilə razılaşmaların praktiki icrasına başlamağa imkan verib. İraq ordusu bölgənin təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürüb, silahlı birləşmələr isə dövlətin güc strukturlarına inteqrasiya olunmağa başlayıb.

Zilkan hərbi bazası 2015-ci ildə Ankaranın İraq Kürdüstanının regional hökuməti ilə razılaşması əsasında İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan yerli qüvvələrin hazırlanması məqsədilə yaradılıb. Türkiyə 2026-cı ilin sentyabrında İraq ərazisindəki hərbi kontingentini çıxarmaq niyyətində olduğunu açıqlayıb.

Oxşar xəbərlər

Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Bibiheybət məscidini ziyarət edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
"Azərsun Holdinq" yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər