Lüksemburqda Zəfər Günü qeyd olunub
Far.Az xəbər saytı

Lüksemburqda Zəfər Günü qeyd olunub


Lüksemburqda Azərbaycanın Zəfər Günü mədəni tədbirlər və informasiya kampaniyası ilə qeyd olunub.

"Report" xəbər verir ki, tədbirlər Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyası (LuxAz) tərəfindən təşkil edilib.

Kampaniya çərçivəsində ölkənin biznes mərkəzləri və ofis binalarındakı 91 rəqəmsal ekranda Zəfər Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Paytaxt Lüksemburqda keçirilən tədbirdə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin tarixi əhəmiyyəti vurğulanıb, Azərbaycanın mədəni irsinin xaricdə tanıdılmasının vacibliyi qeyd olunub.

Mədəni proqramda pianoçu Mədinə Axundova Azərbaycan bəstəkarlarının əsərlərini, gitara ifaçısı Vasif Cavadlı isə "Sarı gəlin", "Vətən yaxşıdır" və "Həsrətindən" kompozisiyalarını ifa edib.

İştirakçılar Vətən müharibəsi veteranı Amin Musayevlə onlayn görüş keçirib, "Torpağı sanı yaşayasan" filminə baxıb, Azərbaycanın, Qarabağın və Şuşanın tarixinə dair viktorinada iştirak ediblər.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər