Dövlət qurmaq üçün niyə din lazım idi?
Baku TV-nin "Amin" verilişinin yeni buraxılışında tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO professoru və siyasi təhlilçi Rizvan Hüseynov qonaq olub.
O, milli kimliyimiz, türk tarixində İslamın rolu, din-dövlət münasibətləri və Sovet dövründə kimliyimizdən uzaqlaşdırılma prosesi barədə fikirlərini bölüşüb.
Türklərin İslamı qəbul etməsinin onları zəiflədib-zəiflətmədiyi barədə sualı cavablandıran Rizvan Hüseynov bildirib ki, bu mövzu ətrafında müxtəlif fikirlər səslənsə də, məsələyə emosional deyil, rasional yanaşmaq lazımdır.
Tarixçinin sözlərinə görə, İslamı qəbul etdikdən sonra türklər böyük siyasi və hərbi gücə çevrilib, geniş coğrafiyalarda dövlətlər qurub və uzun əsrlər boyu İslam dünyasının aparıcı qüvvəsi olublar: "Rasional yanaşdıqda, İslamı qəbul etdikdən sonra türklər bütün cahanın rəhbərinə çevrildilər. O dövrün supergücünü formalaşdırdılar. İslam bizi birləşdirdi və yeni stimul verdi. Türk-müsəlman vəhdəti bir cövhər oldu və İslam dinini də xilas etdi".
Ekspert qeyd edib ki, İslamı qəbul etməyən türk topluluqları eyni miqyasda siyasi birlik və dövlətçilik gücü yarada bilməyiblər. Rizvan Hüseynovun fikrincə, türk-müsəlman sintezi türklərə həm mənəvi, həm siyasi, həm də hərbi müstəvidə böyük güc qazandırıb.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib













