Vinisius Junior: "Mən də insanam, tez-tez səhvlər edirəm"
Far.Az xəbər saytı

Vinisius Junior: "Mən də insanam, tez-tez səhvlər edirəm"


Madrid "Real"ının və Braziliya millisinin hücumçusu Vinisius Junior mövsümə hazırlıq prosesində yol verdiyi səhvlərdən danışıb. Futbolçu 2026-cı il dünya çempionatından sonra istirahətə həddindən artıq vaxt ayırdığını və əvvəlki illərlə müqayisədə daha az məşq etdiyini etiraf edib.

Far.Az xəbər verir ki, braziliyalı futbolçu bu barədə "Globo"ya açıqlamasında bildirib.

Vinisiusun sözlərinə görə, dünya çempionatından sonra mövsümöncəsi hazırlığı istədiyi səviyyədə olmayıb. O, Braziliya yığmasının mundialda gözləniləndən daha erkən mübarizəni dayandırmasının istirahət planlarına da təsir etdiyini qeyd edib.

"Düşünmürəm ki, dünya çempionatından sonra mövsümə lazım olduğu qədər yaxşı hazırlaşdım. Braziliyalılar üçün bu turnir çox böyük əhəmiyyət daşıyır. Yarışdan bu qədər erkən ayrılacağımızı gözləmirdik. Buna görə də tətil zamanı həqiqətən dincəlmək, futboldan bir qədər uzaqlaşmaq və ailəmlə daha çox vaxt keçirmək qərarına gəldim. Nəticədə əvvəlki illərlə müqayisədə daha az məşq etdim", – deyə futbolçu bildirib.

26 yaşlı hücumçu uzun müddət yüksək səviyyədə çıxış etməyin çətinliyindən də danışıb. O, Kriştiano Ronaldo və Lionel Messinin illər ərzində sabit oyun nümayiş etdirməsini xüsusi nümunə kimi göstərib.

"Uzun müddət yüksək səviyyəni qorumaq inanılmaz dərəcədə çətindir. Düşünürəm ki, bu qədər il ərzində sabitliyi və yüksək performansı yalnız Ronaldo ilə Messi qoruya biliblər. Mən də insanam, tez-tez səhvlər edirəm, amma daim daha yaxşı olmağa çalışıram. Oyunu və gündəlik məşq prosesini daha dərindən anlamağa çalışıram. Ancaq cəmi 26 yaşım var və həyatın da dadını çıxarmaq istəyirəm", – deyə Vinisius əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər