Vilayət Eyvazov vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
BAKU.WS xəbər verir ki, nazir daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələrini layiqincə yerinə yetirdiyini bildirib.
V.Eyvazov beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin etibarlı təmin olunduğunu, qanunla müəyyən edilmiş funksiyaların digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə peşəkarlıqla icra edildiyini vurğulayıb.
Nazir həmçinin qarşıda mühüm vəzifələrin dayandığını da diqqətə çatdıraraq onların ətraflı müzakirəsinin, eləcə də xidməti fəaliyyətin təkmilləşdirilməsi məqsədilə əlavə təşkilati tədbirlərin müəyyənləşdirilib həyata keçirilməsinin vacibliyini qeyd edib.
V.Eyvazov eyni zamanda xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsi üçün fəaliyyətin effektivliyinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Nazir bununla yanaşı vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu vurğulayaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
Qeyd edək ki, iyulun 9-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Oxşar xəbərlər
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Vilayət Eyvazov: Daxili Qoşunlar qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirir
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Vilayət Eyvazov: Daxili Qoşunlar istənilən xidməti-döyüş tapşırığını yerinə yetirməyə qadirdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək













