Azərbaycan Kuboku: "Kəpəz" və "Araz-Naxçıvan" 1/8 finala vəsiqə qazanıb
Far.Az xəbər saytı

Azərbaycan Kuboku: "Kəpəz" və "Araz-Naxçıvan" 1/8 finala vəsiqə qazanıb


"Kəpəz" və "Araz-Naxçıvan" futbol üzrə Azərbaycan Kubokunda 1/8 finala vəsiqə qazanıblar.

"Report"un məlumatına görə, komandalar II təsnifat mərhələsində müvafiq olaraq "Ağdaş" və "Şahdağ Qusar"la üz-üzə gəliblər.

Gəncə təmsilçisi rəqibini 6:0, Naxçıvan klubu isə 4:0 hesabı ilə üstələyib.

"Kəpəz" növbəti raundda "İmişli" - "Cəbrayıl" cütünün, "Araz-Naxçıvan" isə "Mingəçevir" - "Zaqatala" duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" klubu dünən “Hypers Guba”nı 7:2 hesabı ilə üstələyib. Günün ilk matçında MOİK "Şimal"a qalib gəlib - 3:1. Bu gün Premyer Liqa klublarından "Səbail" isə "Dinamo" ilə üz-üzə gələcək. Bu raundun digər matçları oktyabrın 30-31-də gerçəkləşəcək.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyunlarının təyinatları bəlli olub
Azərbaycan Kuboku: "Turan Tovuz" “Hypers Guba”ya böyük hesabla qalib gəlib
"Turan"ın 70 yaşlı təsisçisi: "Klubun tarixi adını geri qaytarmaq olar" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər