Kibrit qalmaqalında ittiham olunan 67 yaşlı şəxs həbsdə saxlanıldı
Far.Az xəbər saytı

Kibrit qalmaqalında ittiham olunan 67 yaşlı şəxs həbsdə saxlanıldı


75 minlik manatıq dələduzluqda təqsirləndirilən Nizami Hacıyevin barəsindəki cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin vəkili Sənan Mehdiyev vəsatət təqdim edərək müvəkkilinin 67 yaşının keçdiyini nəzərə alaraq onun barəsində olan həbs qətimkan tədbirinin həbs olmayan qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

Prokuror isə vəsatətin əsassız oldugunu deyərək məhkəmədən onun təmin olunmamasını xahiş edib.

Müşavirədən sonra vəsatətin təmin olunmadığı elan edilib.

Zərərçəkən məhkəmədə ifadəsi zamanı vurğulayıb ki, o, iki yük maşını kibrit gətirilməsi ücün Nizami Hacıyevə pul verib:

"Mən kibrit almaq üçün ona 75 min manat pul vermişəm. O, buna dair söz versə də, müxtəlif bəhanələrlə məsələni yubadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Mən pulumu istəyəndə isə məni şantaj etməyə başladı".

Təqsirləndirilən isə deyib ki, onun zərərçəkənə hər hansı bir borcu yoxdur. Onun dediyinə görə, üzərinə götürdüyü 75 min manatlıq kibriti zərərçəkənə təhvil verib.

Təqsirləndirilənin dediyini qeyri-səmimi ifadə kimi qiymətləndirən hakim onu bir daha səmimi ifadə verməyə dəvət edib.

Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin edilib.

N.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, təqsirləndirilən barəsində əvvəl həbs olmayan qətimkan tədbiri seçilsə də ötən iclasda zərərçəkənin vəsatəti ilə onun barəsindəki qərar dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib və məhkəmə zalında həbs edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini xahiş edib
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər