Qarabağda iş yerləri: 3 min manata qədər yeni vakansiyalar
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri yeni iş yerlərinin yaranmasına səbəb olub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müxtəlif ixtisaslar üzrə işə qəbul prosesi davam edir.
Far.Az-in məlumatına görə, hazırda bölgənin müxtəlif şəhər və qəsəbələrində texniki, inzibati, xidmət və digər istiqamətlər üzrə vakansiyalar elan edilib. İşəgötürənlər fərqli peşə və təcrübəyə malik namizədlər üçün uyğun iş imkanları təklif edirlər.
Əməkhaqqı müraciət edilən vəzifə, namizədin ixtisası və iş təcrübəsindən asılı olaraq müəyyən edilir. Təklif olunan maaşlar 550 manatdan başlayaraq 3000 manata qədər dəyişir.
Vakansiyalara müraciət etmək istəyən şəxslər CV-lərini qarabagdais@sosial.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciət olunan vəzifənin adı mütləq qeyd edilməlidir.
CV-si olmayan vətəndaşlar isə cvyarat.az platforması vasitəsilə ödənişsiz şəkildə qısa zamanda öz tərcümeyi-hallarını hazırlayaraq vakansiyalara müraciət edə bilərlər.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınayıb
-
Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər"













