İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü
Far.Az xəbər saytı

İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü


İstanbulun Eyüpsultan rayonunda özlərini telefon vasitəsilə polis və prokuror kimi təqdim edən dələduzlar Azərbaycan vətəndaşından təxminən 1 milyon 500 min lirə (54 300 manat - red.) dəyərində zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, cinayətkar şəbəkəyə qarşı keçirilən əməliyyat nəticəsində beş nəfər şübhəli qismində saxlanılıb.

Hadisə iyulun 1-də baş verib. Məlumata görə, şübhəlilərdən biri öz avtomobili ilə zərərçəkən Azərbaycan vətəndaşı ilə görüşüb. Zinət əşyalarını aldıqdan sonra isə o, yaxınlıqda onu gözləyən digər avtomobilə minərək ərazidən uzaqlaşıb. Polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərin şəxsiyyəti və gizləndikləri ünvanlar müəyyən edilib.

Keçirilən əməliyyat zamanı beş şübhəli yaxalanıb. Onların üzərində və nəqliyyat vasitələrində aparılan axtarışlar zamanı üzərində "etibarsız" (görünüşü saxta) yazısı olan 142 ədəd 100 avroluq əskinas, oğurlanmış üzük, sırğa, boyunbağı və 19 880 lirə (təqribən 720 manat) nağd pul aşkar edilərək maddi sübut kimi götürülüb.

Məhkəmə qarşısına çıxarılan şübhəlilərdən dördü barəsində həbs qətimkan tədbiri seçilib, biri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər