Bəqai: İran ABŞ ilə danışıqlar üçün müraciət etməyib
Far.Az xəbər saytı

Bəqai: İran ABŞ ilə danışıqlar üçün müraciət etməyib


İran danışıqlar aparmaq üçün ABŞ-yə müraciət etməyib.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.

"Tehran ABŞ ilə danışıqlar aparmaq xahişi ilə müraciət etməyib, lakin öz məsuliyyətli siyasəti çərçivəsində son hadisələri müzakirə etmək üçün regional vasitəçilərdən birinin İrana səfər etmək təklifini qəbul edib", - o deyib və Qətər rəsmiləri ilə Məşhəddə görüşün baş tutduğunu əlavə edib.

Bəqainin sözlərinə görə, Tehran öz mövqeyini vasitəçi olan Qətərə çatdırıb:

"ABŞ-nin əhdi pozması bir vərdişdir. İmzalanmasından cəmi 21 və ya 22 gün keçən anlaşma memorandumu ABŞ tərəfindən davamlı olaraq müxtəlif bəndlərin pozulması ilə üzləşib.

Həmçinin İran neftinin satış lisenziyasının ləğvi ilə bağlı bildiriş anlaşma memorandumunun digər bir bəndinin kobud şəkildə pozulması hesab olunur və yeni sanksiyaların tətbiq edilməsi xəbəri də sənədin doqquzuncu bəndinə ziddir".

Bəqainin fikrincə, Amerika tərəfi anlaşma memorandumunu müxtəlif bəhanələrlə pozub. Bu isə danışıqlara mane olur.

Oxşar xəbərlər

Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər