Telefonlar POS-terminala çevriləcək - Deputat detalları AÇIQLADI
Elektron ticarət sahəsində nəzərdə tutulan yeni qanun dəyişiklikləri sahibkarların xərclərini azalda və nağdsız ödəniş imkanlarını genişləndirə bilər.
Far.Az-in məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, təklif olunan dəyişikliklər parlamentdə qəbul ediləcəyi təqdirdə, lazımi proqram təminatı ilə təchiz edilmiş mobil telefonlardan POS-terminal kimi istifadə etmək mümkün olacaq.
Deputatın sözlərinə görə, bu yenilik xüsusilə mikro və kiçik sahibkarlar üçün əhəmiyyətlidir:
"Belə ki, ödənişləri qəbul etmək üçün ayrıca POS-terminal avadanlığı almağa ehtiyac qalmayacaq. Nəticədə sahibkarların əlavə xərcləri azalacaq, nağdsız hesablaşmaların təşviqi üçün yeni imkanlar yaranacaq".
Vüqar Bayramov qeyd edib ki, qanun layihəsi elektron ticarət qaydalarının müasirləşdirilməsini, ödəniş mexanizmlərinin təkmilləşdirilməsini və müqavilələrin elektron formada təsdiqlənməsini də nəzərdə tutur.
Deputatın fikrincə, bu dəyişikliklər elektron ticarət dövriyyəsinin genişlənməsinə, sahibkarlıq fəaliyyətinin asanlaşmasına və rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.
Oxşar xəbərlər
Zakir Nuriyev: "Məqsədimiz maliyyə ekosisteminin daha səmərəli inkişafına töhfə verməkdir"
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
Sahibkarların "POS-terminal oyunu": Vətəndaşları necə aldadırlar?
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Qadın sahibkarlar üçün "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi bu il də davam etdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













