Tayvanda "Bavi" qasırğası nəticəsində 87 nəfər yaralanıb
Far.Az xəbər saytı

Tayvanda "Bavi" qasırğası nəticəsində 87 nəfər yaralanıb


Tayvanda "Bavi" tayfunu nəticəsində 87 nəfər xəsarət alıb.

"Far.Az" xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alanların çoxu artıq xəstəxanalardan buraxılıb, ölüm və ya ciddi xəsarət halları qeydə alınmayıb.

Ada üzrə 14,2 min nəfər təxliyə edilib, onların əksəriyyəti Tayvanın şərqindəki Hualyan qəzasındadır. Bununla yanaşı, 27 minə yaxın ev təsərrüfatı işıqsız qalıb.

Bundan əlavə, Yaponiyada isə "Bavi" qasırğası nəticəsində 12 nəfər xəsarət alıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər